Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Zərifə Əliyeva -90" adlı sərgi
  15.3.2013

   15 mart 2013-cü il tarixində kitabxanada akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə "Zərifə Əliyeva -90" adlı sərgi yaradılmışdır. Sərgidə müxtəlif kitab, qəzet və jurnal materialları, şəkillər nümayiş edilir. Sərgidə "Zərifə xanım Əliyeva", "Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya",R. Musayev Qəlbinur, S. Əliyeva, H. Qəhrəmanovun "Göz xəstəlikləri" və s. kitablarla yanaşı, "Azərbaycan irs" jurnalı,Azərbaycan qəzetinin müxtəlif nömrələrində akademik haqqında yazılmış məqalələr də nümayiş edilir.Sərgi aprel ayının sonunadək nümayiş ediləcək.