Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Milli dəyərlərimiz" adlı sərgi
  13.3.2013

   13 mart 2013-cü il tarixində kitabxanada Novruz bayramı münasibətilə "Milli dəyərlərimiz" adlı sərgi təşkil edilmişdir. Sərgidə 36 kitab nümayiş edilir. Sərgini təşkil etməkdə məqsədimiz oxuculara ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət- ənənələri haqqında geniş məlumat verməkdir. Sərgidə “Azərbaycanı dünyaya saydıran insan”, ”Zamanın nəbzi”,”Böyük xilaskar”, ”Prezident İlham Əliyev və mədəniyyət 2003-2008”, Vidadi Muradovun “Azərbaycan xalçaları”, ”Kitabi Dədə Qorqud ensiklopediyası”,”Kitabi Dədə Qorqud”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan tikmələri”, “Naxçıvan tikmələri”, “Azərbaycan nağılları”, “Azərbaycan dastanları”, Firəngiz Xəlilovanın “Adət və ənənələr”, Hacı Qadir Qədirzadənin “Milli -mənəvi dəyərlərimiz”, ”İlaxır çərşənbələr”, Kamal Həsənovun “Qədim Azərbaycan xalq rəqsləri”, “Atalar sözü”, ”Tapmacalar”, Ədalət Kərimlinin “Yallı”, “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Naxçıvan milli geyimləri” və s. ədəbiyyatlar nümayiş edilir. Sərgi mart ayının sonunadək nümayiş etdiriləcək.