Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Xocalı əsrin faciəsidir" adlı konfrans
  26.2.2013

   26 fevral 2013-cü il tarixində kitabxanada Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş "Xocalı əsrin faciəsidir" adlı konfrans keçirildi.Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı.O, Xocalı faciəsinin Azərbaycan xalqının tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu qeyd etdi. Kitabxanaçı Xəyalə Ağayeva "Xocalı faciəsindən 21 il ötür" adlı məruzə ilə çıxış etdi.O bildirdi ki, Azərbaycan xalqının yaddaşından silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdəndir. Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirliyinin nümayəndəsi İman Alırzayev "Xocalı faciəsinin qurbanları" adlı, "N" saylı hərbi hissənin nümayəndəsi "Bu qan yerdə qalmaz" adlı mövzularla çıxış etdilər.Tədbirin sonunda Xocalı hadisələrindən bəhs edən filmə və kitabxanada təşkil edilmiş "Xocalı soyqırımı" adlı sərgiyə baxış keçirildi. Tədbirə Naxçıvan Musiqi kollecinin kitabxanaçılıq fakultəsinin tələbələri dəvət olunmuşdur. Tədbirdə 40 nəfər iştirak etdi.