Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Xocalı soyqırımı" adlı sərgi
  13.2.2013

   13 fevral 2013-cü il tarixində kitabxanada Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı "Xocalı soyqırımı" adlı sərgi təşkil edildi.Sərgidə üç dildə yazılmış 30 kitab nümayiş edilir. Sərgidə N.Məmmədovun “Erməni təcavüzü və tarixi həqiqətlər”,V.Məmmədovun “Sədərək şəhidləri”,N.Zeynalovun “İki ay erməni əsirliyində”, "Soyqırım analardan başlanır","Qarabağ həqiqətləri", E.Cəfərlinin “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi", R.Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”,F.Fərəcovun “Yaycı soyqırımı”, F.Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər”, İ.Hacıyevin “Ermənilərin Azərbaycanlılara qarşı ərazi iddiaları”,"Erməni xəyanəti","Erməni terroru", C.Səfərovun “Tükənməyən kin”,V.Əsgərovun “Azərbaycanın milli qəhrəmanları” və s. kitablar nümayiş edilir.Sərgi fevral ayının sonunadək nümayiş ediləcək.