Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   İslam Səfərlinin anadan olmasının 90 illiyi
  12.2.2013

   12 fevral 2013-cü il tarixində İslam Səfərli adına Naxçıvan şəhər 1 saylı orta məktəbində şair, dramaturq İslam Səfərlinin anadan olmasının 90 illiyi münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Naxçıvan şəhər təhsil şöbəsi ilə birlikdə hazırladığı “İslam Səfərli zirvəsi” adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəfiqə xanım açdı. Məruzə üçün söz M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovaya verildi. O, "Şairin əsərlərində təbiət mövzusu və vətən tərənnümü" adlı məruzə ilə çıxış etdi.Sonra metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova "Şairin həyat və yaradıcılığı", kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Qısa ömrün zəngin sənət dünyası" adlı mövzularla çıxış etdilər. Tədbirin sonunda kitabxananın direktoru Aytəkin Qəhrəmanova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə 50 nəfər şagird və müəllim iştirak etdi.