Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   31 mart Azərbaycanlıların Soyqırımı Günü
  28.3.2016

   28 mart 2016-cı il tarixində kitabxanada "31 mart Azərbaycanlıların soyqırımı Günüdür" adlı sərgi təşkil edilmişdir. Sərgidə 21 kitab nümayiş edilmişdir. Sərgidə Erməni xəyanəti, Soyqırım analardan başlayır, Erməni terroru, Didərginlər, Naxçıvan təlatüm və burulğanlar, M.S.Ordubadinin “Qanlı illər”, F.Fərəcovun “Yaycı soyqırımı”, Mirzəli Fərmanoğlunun “Tarixi saxtakarlıq və həqiqətlər", Hüseyn Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni”, Solmaz Rüstəmovanın “Bakı mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, C.Əliyev, B.Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı”, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycanlılara qarşı ərazi iddiaları", İ.Vəlizadənin “Ermənistan azərbaycanlılarının soyqırımı”, V.Əsgərovun “Azərbaycanın milli qəhrəmanları”, Vaqif Məmmədovun “Sədərək şəhidləri”, Cavid Səfərovun “Tükənməyən kin”, Niyazi Zeynalovun “İki ay erməni əsirliyində”, Elman Cəfərlinin “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi”, F.Fərəcovun “Culfa şəhidləri”, Eldar İsmayılın “Ermənistan türklərinin 1988-ci il soyqırımı” adlı kitablar nümayiş edilmişdir. Sərgi aprel ayının əvvəlinədək davam edəcək.