Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  18.3.2016

   18 mart 2016-cı il tarixində kitabxanada "Kitabxana Günü"nə həsr edilmiş "Kitabların elmi və texniki qaydada işlənməsi", "Kitabxanalarda çap məhsullarının elektronlaşdırılması və elektron kataloqun xarici informasiya ilə təmin olunması" adlı məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova "Kitabxanalarda çap məhsullarının elektronlaşdırılması və elektron kataloqun xarici informasiya ilə təmin olunması" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki,kitabxanaların yaranması, formalaşması, inkişafı, fəaliyyəti, cəmiyyətdə tutduğu mövqe onu yaradan cəmiyyətlə bağlıdır. Cəmiyyət necədirsə onun kitabxanası da özünə məxsus olmalı, ona xidmət etməlidir.Yeni gələn kitablara kataloq kartoçkası yazılır. Kitablar təsvir edilir: təsvir- sənəd haqqında məlumatları əks etdirməkdir. Təsvir qaydasında bəzi dəyişikliklər edilmişdir: sərlövhədən sonra “Mətn” sözü, kitabın neçə nüsxədən ibarət olması, kitabın İSBN-ni, neçə dildə nəşr edilməsi də yazılır. Kitablara sistemli və əlifba kartoçkası yazılaraq kataloq qutularında yerləşdirilir. Elektron kataloq- maşınla oxunan formada reallaşdırılan kitabxana kataloqudur.Elektron kataloq- kataloq funksiyalarını icra edən biblioqrafik məlumat bazasıdır. Müasir kitabxanalarda elektron kataloqdan istifadə çox əhəmiyyətlidir. Elektron kataloq vasitəsi ilə oxuculara uzaq məsafədən operativ informasiya xidməti, fondun idarə olması həyata keçirilir.Kitabxananın internetə yerləşdirilmiş elektron kataloqu dünyanın istənilən nöqtəsindən oxucuya kitabxananın fondu ilə tanış olmağa çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifariş etməyə imkan verir. Ənənəvi kataloqdan fərqli olaraq elektron kataloq həm də oxucuya axtarılan ədəbiyyatın və onun “azad” nüsxələrinin sayı, cari anda fondda olmayan nüsxələrin vəziyyəti, kimdə olması, nə vaxt qaytarılacağı haqqında məlumat verir.Tədbirdə 35 nəfər iştirak etdi.