Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Teatr Günü
  9.3.2016

   09 mart 2016-cı il tarixində kitabxanada 10 mart "Milli Teatr Günü" münasibətilə konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Azərbaycanda teatr sənətinin yaranması və inkişafı" adlı geniş məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Naxçıvanın mədəni həyatında teatrlarımızın rolu", qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova "Azərbaycanda opera və balet teatrı" adlı mövzularla çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, Azərbaycanda teatr sənətinin tarixi çox qədimdir. Xalqımızın yaratdığı xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Azərbaycan peşəkar teatrı XIX əsrin sonlarında yaranmışdır. 1873-cü ilin mart ayında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı çətin və şərəfli inkişaf yolu keçmişdir. 143 il bundan əvvəl Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin şərəfli səhifəsidir. Azərbaycan teatrının əsaslı inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Qeyd edilmişdir ki,müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binalarının hamısı yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmişdir. Tədbirdə 35 nəfər iştirak etmişdir.