Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Süleyman Rüstəmin 110 illiyi
  9.3.2016

   09 mart 2016-cı il tarixində kitabxanada "Süleyman Rüstəm -110" adlı sərgi təşkil edilmişdir. Sərgidə 22 kitab nümayiş edilmişdir. Sərgidə Süleyman Rüstəmin “Seçilmiş əsərləri” I - II cild, “Əsərləri” I c., “Bahar düşüncələri”, “Bir az da məhəbbətdən”..., “Həyat nəğmələri”, “Vətən təranələri”, “Mənim günəşim”, “Xəzərimin səhəri",“Ürək döyüntüləri”, “Təbrizim”, “Dəmir addımlar”, “Günəşli sahillərdə”, “Günəşli yollarda”, “Lirik şeirlər”, “Mahnılar, mahnılar”, Şeirlər, Şeirlər və poemalar, İsfəndiyar Şəkili, Şamil Salmanovun “Sanma taleyindən küskündür şeirim”, Teymur Əhmədovun “Süleyman Rüstəm”,Qafar Əsgərzadənin Süleyman Rüstəm “Nəğmələrdə döyünən ürək”, Azərbaycanın xalq şairi Süleyman Rüstəm və s. kitablar nümayiş edilmişdir. Sərgi mart ayının sonunadək nümayiş ediləcək.