Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   “İslam Səfərli - 90” adlı sərgi
  6.2.2013

   Şair, dramaturq İslam Səfərlinin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2013-cü il tarixli sərəncamına əsasən 06 fevral 2013-cü il tarixində kitabxanada “İslam Səfərli - 90” adlı sərgi təşkil edilmişdir. Sərgidə 30-a yaxın kitab, qəzet və jurnal materialları nümayiş edilir. Sərgidə İslam Səfərlinin “Seçilmiş əsərləri”, “Həyatın nəfəsi”, “Əbədi beşik”, “Bahar nəğməsi”, “Torpağın ətri”, “Çiçək təranəsi”, “Qığılcım”, “Qağayılar yorulanda” , “Göz həkimi”, “Ağ şanı, qara şanı”, Əli Səfərli, Aybəniz Ağaqızının “Poeziyamızın İslam Səfərli zirvəsi” və s. kitablar toplanmışdır. Sərgidə həmçinin şairin həyat və yaradıcılığından bəhs edən qəzet və jurnal materialları da nümayiş edilir.