Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Həmidə xanım Cavanşir Məmmədquluzadənin anadan olmasının 140 illiyi
  29.1.2013

   29 yanvar 2013-cü il tarixində Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə xanım Cavanşir Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, Həmidə xanımın həyatda necə cəfakeş, xeyirxah,böyük xeyriyyəçi olduğu haqqında oxuculara məlumat verdi. Tədbirin ədəbi hissəsində kitabxanaçı Heyran Ələsgərova "Böyük xeyriyyəçi və cəfakeş insan Həmidə xanım Məmmədquluzadə",zal müdiri Mehriban Mahmudova "Cəlil Məmmədquluzadənin Həmidə xanıma məktubları", kitabxanaçı Gülşən Allahverdiyeva "Bir-birləri üçün doğulanlar" adlı mövzularla çıxış etdilər.Tədbirin sonunda bədii hissədə oxucular Elektron lövhədə "Mirzə Cəlil haqqında xatirələrim" adlı audiofaylı dinlədi.Tədbirdə 35 nəfər iştirak etdi.