Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun 130 illik yubileyi
  22.1.2013

   22 yanvar 2013-cü il tarixində kitabxanada rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun anadan olmasının 130 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, çıxışında qeyd etdi ki,rus yazıçısı Aleksey Nikolayeviç Tolstoy sovet ədəbiyyatı tarixində görkəmli ədiblər cərgəsində xüsusi yer tutan yazıçılardan biridir. Sonra kitabxanaçı biblioqraf Nuray Paşayeva ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova A. Tolstoyun kitabxananın fondunda olan əsərləri haqqında məlumat verdi.Tədbirə rus ədəbiyyatı ilə maraqlanan oxucular dəvət olunmuşdur. Tədbirdə 36 nəfər iştirak etdi.