Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kənd təsərrüfatına dair nə oxumalı?
  3.3.2016

   03 mart 2016-cı il tarixində M.S.Ordubadi adına Respublika Kitabxanası Kənd Təsərrüfatı Nazirliyində "Mütaliə həftəsi" ilə bağlı "Kənd təsərrüfatına dair nə oxumalı?" adlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmış və "Kənd təsərrüfatına dövlət qayğısı" adlı geniş məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Əməkdar təbiəti mühafizə işçisi, aqronom Qaşdar Əliyev "Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişaf etdirilməsi yolları", alim-aqronom, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri Əsgər Həsənov "Qədim Naxçıvan diyarının möcüzəli təbiəti" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, doğma diyarımız olan Naxçıvan tarixən özünün yeraltı və yerüstü sərvətləri ilə tanınıb. Zaman-zaman bu sərvətlər dünyanın müxtəlif ölkələrinə daşınıb, sərgilərdə nümayiş etdirilib.Belə sərvətlər içərisində müalicəvi əhəmiyyətə malik olan meyvə sortları,tərəvəzlər, kol bitkiləri daha çoxdur və muxtar respublikanın bütün bölgələrində yetişdirilir. Tədbirdə Muxtar respublikaya böyük şöhrət qazandırmış sərvətlər haqqında geniş məlumat verilmişdir. Tədbirin sonunda kənd təsərrüfatına həsr edilmiş sərgiyə baxış keçirilmişdir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və M.S.Ordubadi adına Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir. Tədbirdə 45 nəfər iştirak etmişdir.