Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  26.2.2016

   26 fevral 2016-cı il tarixində kitabxanada "Kitabxana Günü"nə həsr edilmiş "Elektron kitabxanaların yaranması tarixindən" adlı məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın sistem inzibatçısı Heyran Ələsgərova "Elektron kitabxanaların yaranması tarixindən" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, kitabxanalar ən böyük informasiya mənbəyi olduğundan, informasiyalaşmış vətəndaş cəmiyyəti quruculuğunda onun rolu əvəzsizdir. Müasir kitabxanalar ən yeni kompüter-telekommunikasiya texnikası ilə təchiz olunmuş, kitabxana-informasiya texnologiyasının son nailiyyətləri tətbiq olunan, yüksək ixtisaslı mütəxəssis potensialına malik, müasir oxuculara coğrafi uzaqlıqdan asılı olmayaraq, sutkanın 24 saatı müddətində on-line xidmət göstərən informasiya müəssisələridir. Kitabxanaların kompüterləşdirilməsi bəzi şəxslərin hesab etdiyi kimi kitabxanaların kompüter texnikası ilə təchiz olunması və bu qiymətli avadanlıqlardan yalnız kargüzarlıq fəaliyyətində və İnternet xidmətindən istifadə etmək üçün istifadə olunması deyil. Kitabxanaların kompüterləşdirilməsi kitabxanaların avtomatlaşdırılmasının tərkib hissəsi olub, kitabxanalarda yerinə yetirilən mürəkkəb, bir-birilə əlaqəli texnoloji proseslərin informasiya-telekommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmasıdır. Kitabxana proseslərinin kompüterləşdirilməsinə dair tədqiqat işlərinə XX əsrin 50-cı illərindən başlanılmışdır. Lakin bu işlərin kitabxanalarda tətbiq edilməsi, müvafiq texniki təminatsızlıq üzündən yalnız 70-ci illərdə mümkün olmuşdur. Kompüterləşdirmənin əhəmiyyəti və perspektivliyi qısa müddətdə özünü təsdiq etdi və bu gün o, muasir kitabxanaların yaradılması üçün əsas şərtlərdən biri hesab olunur. Ənənəvi texnoloji prosesləri kompüterləşdirməklə kitabxanaçı əməyinin korporasiyasına nail olmaq, bununla da kitabxanada görülən bir sıra işlərin təkrar görülməsinin qarşısını almaq olar. Həmçinin görülən işlərin keyfiyyətinə mərkəzləşmiş və qarşılıqlı nəzarət təmin olunur, kollektiv əmək mədəniyyəti formalaşır. Bunun nəticəsində də iş vaxtından və kadr ehtiyatlarından səmərəli istifadə etmək, maliyyə vəsaitlərinə qənaət etmək mümkün olur. Kitabxana proseslərinin kompüterləşməsi həmçinin «ədəbiyyatın hərəkətinə» nəzarət etməyə, kitabların fonda vaxtında qaytarılmasına və bununla ondan səmərəli istifadəni təmin edir.