Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   İnformasiya cəmiyyətinin formalaşmasında Elektron kitabxananın rolu
  25.12.2012

   25 dekabr 2012-ci il tarixində kitabxanada "İnformasiya cəmiyyətinin formalaşmasında Elektron kitabxananın rolu" adlı mövzuya həsr edilmiş konfrans keçirildi.Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, elektron kitabxananın qarşısında duran vəzifələrdən, kitabxanaya göstərilən dövlət qayğısından danışdı. Sonra elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova "Avtomatlaşdırılmış elektron kitabxana" adlı məruzə ilə çıxış etdi.Mədəniyyət və Turizm Nazirliyi aparatının aparıcı məsləhətçisi İman Alırzayev "Elektron kitabxananın əhəmiyyəti" adlı mövzu ilə çıxış etdi. Sonra kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Kitabxanada keçirilən tədbirlərin elektron variantı" adlı mövzu ilə çıxış etdi və elektron lövhədə əyani olaraq göstərdi. Sonda tədbir iştirakçıları elektron oxu zalı ilə tanış oldu.