Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  9.2.2016

   09 fevral 2016-cı il tarixində kitabxanada "Yeni kitablar" adlı daimi sərgi daha yeni kitablarla zənginləşdirilmişdir. Sərgidə 34 kitab nümayiş edilmişdir. Sərgidə "Naxçıvan tarixi" I-II-IIIc., Mehman Şabanovun “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, İlham Əliyevin “İnkişaf məqsədimizdir” 24 c., Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində”, Ə.Məmmədli, K.Məmmədlinin “Naxçıvan-Şərur el yallıları”, Fəxrəddin Səfərlinin “Tarixi mənbələrdə Nuh peyğəmbər”, İsa Həbibbəylinin “Nuhçıxandan-Naxçıvana”, Fərqanə Kazımovanın “Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi”, Mahir Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasının arıkimilər faunası”, A.Bayramov, M.Məhərrəmov, A.Əliyevin “Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları”, Nazim Əhmədovun “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 90 ildə”, İsa Abdullayevin “Peritonetlər”, Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri”, Isfahaninin “Tibnamə”, Ə.Abbasov, F.Məmmədova, F.Heydərovanın “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, Naxçıvan Muxtar Respublikası “Bayatılar”, Cəmşid Naxçıvanski -120. Sərkərdə ömrü, Naxçıvan 1924-2014, Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal №31, İnsan ekologiyası, Xoş baharlı Naxçıvanım, Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri, Rəsmi sənədlər – 2015, “Türklər” kitabından Naxçıvana dair seçmələr, H.Əsgərov, S.Cəfərovun "Naxçıvan səhiyyəsinin təşəkkülü, inkişaf və tərəqqisi”, Teymur Abbasovun “Naxçıvan Muxtar Respublikasında Aqrar bazar: konseptual əsaslar və inkişaf istiqamətləri”, Fəxrəddin Cəfərovun “Naxçıvan İkinci Dünya müharibəsi illərində”, Arzu Abdullayevin “Tarixi yaradan şəxsiyyətlər”, M.Məmmədov, A.Əliyevin “Müasir dilçilik problemləri”, Kamal Camalovun “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları” və s. kitablar nümayiş edilmişdir. Sərgi daimidir, ilboyu kitabxanaya yeni kitab gəlişi ilə əlaqədar zənginləşdirilib, nümayiş ediləcək.