Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   2 Fevral Gənclər Günü
  2.2.2016

   02 fevral 2016-cı il tarixində kitabxanada "2 Fevral Gənclər Günü" münasibətilə "Gənclər gələcəyimizdir" adlı oxucu konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxanaçı Röya Mustafayeva "Müasir gənclər və kitabxana" adlı məruzə ilə çıxış etmişdir. Kitabxanaçı Turanə Quliyeva "Heydər Əliyev və gənclər strategiyası", Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi İlahə Haqverdiyeva "Gənclər gələcəyimizdir" adlı mövzularla çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikasının uğurlu gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif obyektlər tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmişdir. Tədbirə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri dəvət edilmişdir. Tədbirdə 37 nəfər iştirak etmişdir.