Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  29.1.2016

   29 yanvar 2016-cı il tarixində kitabxanada “Kitabxana Günü”nə həsr edilmiş “Kitabxana işinə dair normativ və hüquqi aktlar,qanunlar, sərəncamlar” mövzusunda məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova "Kitabxana işinə dair normativ və hüquqi aktlar,qanunlar,sərəncamlar" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, 25 ildir müstəqillik şəraitində yaşayan Azərbaycan Respublikası qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atır. Bu şəraitdə bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də müasir dövrlə səsləşən qanunvericilik aktlarına, normativ hüquqi sənədlərin olmasına böyük ehtiyac vardır. Məruzədə "Kitabxana işi haqqında" Qanun, "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam, "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Sərəncam haqqında geniş məlumat verilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.