Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   20 Yanvar faciəsi
  11.1.2016

   11 yanvar 2016-cı il tarixində kitabxanada "20 Yanvar" adlı sərgi təşkil edilmişdir. Sərgidə 18 kitab nümayiş edilmişdir. Sərgidə Qayıdış 1990-1993, Azərbaycan tarixi VII c., "Şahidlər",“Şəhidlər” biblioqrafiya,Qulu Kəngərlinin “Qara yanvar Şəhidləri”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 yanvar faciəsi”, Rafiq Səməndərin “Şəhidlər”, Bəxtiyar Vahabzadənin “İstiqlal”, “Seçilmiş əsərləri”, Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Yavuz Axundlunun “Karabağ imdat çığlığı”, Mehman Süleymanovun “Milli qəhrəmanlar”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Vaqif Məmmədovun “Unutsaq unudularıq”, Nüsrət Kəsəmənlinin “Seçilmiş əsərləri”, Vasif Səmədov, Salar Aslanovun “Təki Vətən yaşasın”, Rizvan Zeynalovun “Azərbaycanın Milli qəhrəmanları”, Муртуз Садыхлы «Ответ тебе даст история» adlı kitablar nümayiş edilmişdir. Sərgi yanvar ayının 21-dək nümayiş ediləcək.