Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  5.1.2016

   05 yanvar 2016-cı il tarixində kitabxanada "Yeni kitablar" adlı daimi sərgi daha yeni kitablarla zənginləşdirilmişdir. Sərgidə 28 yeni kitab nümayiş edilmişdir. Sərgidə Naxçıvan tarixi I-II c., Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, İlham Əliyev “İnkişaf məqsədimizdir” 24 c., Mehman Şabanovun “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində”, Ə.Məmmədli, K.Məmmədlinin “Naxçıvan-Şərur el yallıları”, Cəmşid Naxçıvanski -120. Sərkərdə ömrü, Naxçıvan 1924-2014, “Bayatılar”, Fəxrəddin Səfərlinin “Tarixi mənbələrdə Nuh peyğəmbər”, İsa Həbibbəylinin “Nuhçıxandan-Naxçıvana”, Fərqanə Kazımovanın “Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi”, Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal, Mahir Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasının arıkimilər faunası”, A.Bayramov, M.Məhərrəmov, A.Əliyevin “Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları”, Məhəmməd Tağı Sidqi: Taleyi və sənəti, Nazim Əhmədovun “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 90 ildə”, İsa Abdullayevin “Peritonetlər”, Cəbi İsmayılovun “Anesteziya reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri”, Hatif Isfahaninin(Ordubadi) “Tibnamə”, Aqil Qasımovun “Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərərverən həşəratlar və onların entomofaqları”, Ə.Abbasov, F.Məmmədova, F.Heydərovanın “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, H.Əsgərov, S.Cəfərovun “ Naxçıvan səhiyyəsinin təşəkkülü, inkişaf və tərəqqisi”,Mustafa Çəmənlinin “Sənət hekayələri”, İnsan ekologiyası və s. kitablar nümayiş edilmişdir. Sərgi daimidir və ilboyu kitabxanaya yeni kitab gəlişi ilə əlaqədar zənginləşdirilib, nümayiş ediləcəkdir.