Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
  25.12.2015

   25 dekabr 2015-ci il tarixində kitabxanada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Böyük kitabxanaçı Nuriyyə Cəfərova "Dünya Azərbaycanlılarının Həmrəyliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" adlı məruzə ilə çıxış etmişdir. Elektron oxu zalının müdiri Mehriban Qulamova "Milli birlik və azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir", kitabxanaçı Turanə Quliyeva "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı mövzu ilə çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. 24 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur.Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmiş, "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirə "Naxçıvan" Universitetinin müəllim və tələbə heyəti dəvət edilmişdir. Tədbirdə 38 nəfər iştirak etmişdir.