Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Kitabxana Günü
  27.12.2015

   27 noyabr 2015-ci il tarixində kitabxanada "Kitabxana Günü"nə həsr edilmiş "Çoxcildli kitabların biblioqrafik təsviri" mövzusunda məruzə (dərs) keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmış və "Kitabxana Günü"nün keçirilməsinin əhəmiyyətindən danışmışdır. Komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Çoxcildli kitabların biblioqrafik təsviri" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə biblioqrafik təsvir haqqında ümumi məlumat verilmişdir. Biblioqrafik təsvirin sahələri haqqında, biblioqrafik təsvirdə istifadə edilən şərti işarələr haqqında, sahə ünsürləri haqqında, birmüəllifli, ikimüəllifli və çoxcildli kitabların təsviri və s. haqqında məlumat verilmişdir. Məruzəçi birmüəllifli, ikimüəllifli və çoxcildli kitabların təsviri qaydalarını elektron lövhədə izah etmişdir. Tədbirdə 34 nəfər iştirak etmişdir.