Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Musiqinin estetik tərbiyədə rolu
  27.11.2015

   27 noyabr 2015-ci il tarixində kitabxanada "Musiqinin estetik tərbiyədə rolu" mövzusunda yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Musiqinin estetik tərbiyədə rolu" adlı məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Musiqi ruhun qidasıdır" adlı mövzu ilə çıxış etmişdir. Çıxışlarda bildirilmişdir ki, musiqi bütün varlıqlara tanış olan təbii bir səsdir. Sözlə ifadə etmək mümkün olmayan hiss-həyəcanı musiqi ifadə edir. Musiqi qədər insanın qəlbinə tez yol tapan, güclü emosional təsir göstərən ikinci bir sənət növü yoxdur. Musiqidə insan şüuruna təsir göstərmək, tərbiyələndirmək və ona istiqamət vermək kimi qüdrət var. Yaxşı musiqi insanı mənəvi cəhətdən saflaşdırır. Musiqi əxlaq qanunudur.O insanı ilhama gətirir, qəlbə qanad verir. Qeyd edilmişdir ki, ruhun qidası olan musiqi xəstəliklərin dərmanı, depressiyanın düşmənidir. Hormonlara yaxşı təsir edərək, qan təzyiqi, tənəffüs ritmi, tənəffüs keyfiyyəti, nəbz sayı kimi fizioloji hadisələrə müsbət təsir göstərir. Tədbirin sonunda xalq musiqiləri dinlənilmişdir. Tədbirdə 35 nəfər iştirak etmişdir.