Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Dirçəliş Günü
  17.11.2015

   17 noyabr 2015-ci il tarixində kitabxanada "Milli Dirçəliş Günü"nə həsr edilmiş "Milli Dirçəliş Günü xalqı azadlığa aparan yoldur" mövzusunda konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Zal müdiri Mehriban Mahmudova "Milli dirçəlişdən qüdrətli dövlətçilyə doğru" adlı məruzə ilə çıxış etmişdir. Böyük kitabxanaçı Vəsilə Cəfərova "17 noyabr-Milli Dirçəliş Günüdür", böyük kitabxanaçı Məşuqə Hümbətova "Naxçıvandan başlanan milli dirçəliş" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,ulu öndər Heydər Əliyevin 1990-cı ilin yayında Naxçıvana və böyük siyasətə qayıdışı imperiya qüvvələri ilə mübarizənin daha da kəskinləşməsinə, Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Naxçıvan Muxtar Respublikası mövcudluğuna, bugünkü yaşayışına və nicatına görə həmin illərdə xalqımızın böyük oğlu Heydər Əliyevin burada yaşayıb işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Görülən bu işlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının milli şüurunun inkişafı yönündə, milli dirçəliş yönündə apardığı düşünülmüş planının nəticəsi və azadlıq ideyaları ilə silahlanmış naxçıvanlıların müstəqillik uğrunda mübarizəyə hazır olmasının əyani sübutu idi.17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqın tarixi yaddaşının özünə qayıtması, milli dirçəliş böyük bir tarixi prosesin nəticəsidir. Milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Əslində isə Azərbaycan xalqının milli dirçəlişinin əsası ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. O dövrdə ulu öndər Heydər Əliyevin xalqın milli şüurunun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının öz milli suverenliyini təmin etmək üçün mübarizəyə başlamasını şərtləndirmişdir. Bu mənada 1990-cı ilin 17 noyabrında Naxçıvanda qəbul olunan tarixi qərarlar ötən əsrin 70-80-ci illərindən başlanan milli dirçəliş prosesinin məntiqi davamı idi. Tədbirdə 36 nəfər iştirak etmişdir.