Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi
  11.11.2015

   11 noyabr 2015-ci il tarixində kitabxanada “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı dəyirmi masa keçirilmişdir.Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq ümummilli liderimiz Heydər Əliyevin Kitabi-Dədə Qorqud dastanının öyrənilməsində, dünyada geniş tanıdılması və təbliğindəki rolundan danışaraq qeyd etmişdir ki, dastanın Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırılması, eləcə də Dədə Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır.Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli “Heydər Əliyev və Kitabi-Dədə Qorqud” mövzusunda çıxış edərək dastanın yaranma tarixi, dastanın təbliği və ona verilən qiymətdən geniş danışmış və Azərbaycan xalqının tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət əsəri olduğunu vurğulamışdır. Həmçinin, milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında bu dastanın rolunu qiymətləndirmişdir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, Asim Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan ədəbiyyatına təsiri mövzusunda çıxış edərək azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qədim mədəniyyət abidələri içərisində “Kitabi-Dədə Qorqud” dastanlarının özünəməxsus yeri olduğunu vurğulamışdır. Asim Əliyev qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin ulu qaynağı olan “Kitabi-Dədə Qorqud” təkcə yarandığı çağlarda deyil, eyni zamanda müasir dövrümüzdə də milli mənəviyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalmaqdadır.AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığının daim diqqət mərkəzində olduğunu və dastanda Naxçıvanla bağlı 50-dən artıq yer adlarının çəkildiyini vurğulamış, dastanın tədqiqində Səfəralı Babayevin, Məmməd Hüseyn Təhmasibin əvəzsiz xidmətləri olduğunu qeyd etmişdir.AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığının daim diqqət mərkəzində olduğunu və dastanda Naxçıvanla bağlı 50-dən artıq yer adlarının çəkildiyini vurğulamış, dastanın tədqiqində Səfəralı Babayevin, Məmməd Hüseyn Təhmasibin əvəzsiz xidmətləri olduğunu qeyd etmişdir."Naxçıvan" Universitetinin müəllimi Təranə Qəbulova “Kitabi-Dədə Qorqud” dastanının gənclərin tərbiyəsində əvəzsiz rolundan danışmış, dastanın hər bir boyunda gənclərə ata-anaya hörmət, vətən sevgisi qəhrəmanlıq aşıladığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Aygün Hüseynova “Kitabi-Dədə Qorqud” dünya epos mədəniyyətinin nadir örnəyidir” mövzusunda çıxış etmiş, azərbaycan mədəniyyətinin ulu qaynağı olan “Kitabi-Dədə Qorqud” dastanının təkcə yarandığı çağlarda deyil, müasir dövrümüzdə də mənəviyyatımızın, ədəbiyyatımızın bünövrəsi olduğunu vurğulamışdır. Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət mədəniyyət siyasətinin muxtar respublikamızda da uğurla davam etdirildiyini vurğulamışdır.Sonra dəyirmi masa iştirakçıları arasında mövzu ilə bağlı müzakirə aparılmışdır.Tədbirə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Əliyev, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynova, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, Aytəkin Qəhrəmanova, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axundov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru, Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi Zəminə Gülməmmədova, İ.Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Əsgərova, "Naxçıvan" Universitetinin müəllimi Təranə Qəbulova və "Naxçıvan" Universitetinin tələbələri dəvət edilmişdir. Tədbirdə 25 nəfər iştirak etmişdir.