Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Xocavənd, Zəngilan rayonlarının erməni qəsbkarları tərəfindən işğalı günü
  28.10.2015

   28 oktyabr 2015-ci il tarixində kitabxanada Xocavənd, Zəngilan rayonlarının erməni qəsbkarları tərəfindən işğalı günü ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova "Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü" adlı məruzə ilə çıxış etmişdir. Zal müdiri Şövkət Məmmədova "Zəngilanın işğalı", kitabxanaçı Nəsibə Yıldız "Xocavənd rayonunun işğalı" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd, Zəngilan rayonlarının ermənilər tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin meşələr qırılaraq məhv edilib, nadir bitki və ağac növlərinin kökü kəsilib.Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin, Zəngilanın kəndləri işğal olunmuş, sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar.Xocavənd qəhrəman rayondur. Yüzdən çox xocavəndli, zəngilanlı vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.Tədbirin sonunda "Yaddan çıxmaz Qarabağ" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.