Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Yeni kitablar
  2.10.2015

   02 oktyabr 2015-ci il tarixində kitabxanada "Yeni kitablar" sərgisi daha yeni kitablarla zəndinləşdirildi. Sərgidə 25 kitab nümayiş edilmişdir. Sərgidə İlham Əliyev “İnkişaf məqsədimizdir” 21-ci kitab, Naxçıvan tarixi I-IIc., Naxçıvan 1924-2014, Xalq yazıçısı Hüseyn İbrahimov, Naxçıvan – Şərur el yallıları, Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları, Məhəmməd Tağı Sidqi “Taleyi və sənəti”, Şükür Məmmədovun “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi”, Novruz Aslanovun “Mərhəmətin ünvanı”, Hüseyn Razi “Biblioqrafiya”, Məmməd Rzayevin "Müasir şəxsiyyət", Musa Piriyev, Əliyar İbrahimovun “Naxçıvan Muxtar Respublikasının bəzi ağac və kolları, onların yaşıllaşdırmada istifadə perspektivləri”, Qafar Əsgərzadənin “Süleyman Rüstəm Nəğmələrdə döyünən ürək”, Saleh Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasının helmintofaunası”, Əli Səfərli, Aybəniz Ağaqızının “Nuh yurdunun heyranı”, Elxan Yurdoğlunun "Gündüzləri sübh şəfəqli, gecələri nur çələngli Naxçıvanım", Əsgər Həsənovun “Qədim yurdun möcüzəli təbiəti və insan zəkası”, Zülfi Vellidağın “Sükutun dili”, Hüseyn Əsgərovun “Aylı bir gecə”, Gülarə Abdullayevanın “Müasir Azərbaycan dili” II hissə, Asif Kəngərli “Bəla”, Həbib Əlioğlunun “Qobustan” Krım efirində, Sona Teymurbəyli – Rəhimlinin “Əmanət”, Tofiq Qəbulun “Qarabağdır Azərbaycan” adlı kitablar nümayiş edilmişdir. Sərgi daimi olduğu üçün ilboyu nümayiş ediləcək.