Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Musiqi Günü
  1.10.2015

   01 oktyabr 2015-ci il tarixində kitabxanada "Beynəlxalq Musiqi Günü" münasibətilə yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Oktyabrın 1-i Beynəlxalq Musiqi Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Azərbaycan musiqisi beynəlxalq aləmdə" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur.Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd olsun. Musiqi həmişəyaşardır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət durduqca var olacaqdır.Qeyd edilmişdir ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, Şərqdə operanın, operettanın əsasını qoyub, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Tədbirin sonunda "Beynəlxalq Musiqi Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 32 nəfər iştirak etmişdir.