Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Musiqi Günü
  17.9.2015

   17 sentyabr 2015-ci il tarixində kitabxanada "Milli Musiqi Günü", həmçinin Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilmişdir. Tədbir Azərbaycan Himninin oxunması ilə başlamışdır. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "18 sentyabr-Milli Musiqi Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Dahi sənətkarın çoxsahəli fəaliyyəti" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,bu gün anadan olmasının 130 illiyi tamam olan Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə professional musiqinin banisi, dahi sənətkar, görkəmli ictimai xadim, jurnalist, ən əsası fitri istedad sahibi kimi daxil olmuşdur. Dahi bəstəkarın musiqi sənətinə məftun olmayan azərbaycanlı tapmaq çətindir. Dünyanın hansı yerində Azərbaycan musiqisinin adı çəkilirsə, orada böyük bəstəkarın adı mütləq xatırlanır. Məhz dahi Üzeyir Hacıbəyovun sayəsində Azərbaycanda bəstəkarlıq məktəbi yaranmış, peşəkar musiqiçilər yetişərək milli musiqimizi yüksək səviyyəyə qaldırmışlar. Ümummilli liderimiz ölkə- mizə rəhbərlik etdiyi illərdə Azərbaycan musiqi sənətinin inkişafı daha dinamik xarakter almış, korifey sənətkarlarımız ölkənin ən yüksək fəxri adlarına layiq görülmüş, dövlət mükafatları almışlar. Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir.Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunmuşdur. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Tədbirin sonunda elektron lövhədə slayda və bəzi filmlərdən fraqmentlərə və həmçinin "Milli Musiqi Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Aygün Hüseynova, Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq kitabxanasının əməkdaşları, Naxçıvan şəhər MKS-in əməkdaşları dəvət edilmişdir.Tədbirdə 40 nəfər iştirak etmişdir.