Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
  30.8.2015

   30 iyul 2015-ci il tarixində kitabxanada "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"nə həsr edilmiş oxucu konfransı keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Sistem inzibatçısı Heyran Ələsgərova "1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Elmi katib İradə Kərimova "Ana dilimizi qoruyaq", kitabxanaçı Gülşən Allahverdiyeva "Dilimiz varlığımızdır" adlı mövzularla çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu.Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət dil siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Tədbirin sonunda "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 27 nəfər iştirak etmişdir.