Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Mətbuat Günü
  16.7.2015

   16 iyul 2015-ci il tarixində kitabxanada 22 iyul Milli Mətbuat Gününə həsr edilmiş "Əkinçi" qəzeti Azərbaycanda milli mətbuatın əsasını qoydu" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Mirzəyeva "Azərbaycan Milli Mətbuatı-140" adlı məruzə ilə çıxış etmişdir. Kitabxanaçı Güləsər Məbudova "Azərbaycanda mətbuat və söz azadlığı", kitabxanaçı Röya Mustafayeva "Milli Mətbuat Günü" adlı mövzularla çıxış etmişdirlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. Milli mətbuatın Azərbaycanın ictimai-siyasi, elmi- mədəni həyatında, milli şüurun formalaşmasında və bəşəri dəyərlərin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı özünəməxsus rolu qeyd edilmişdir. Qeyd olunmuşdur ki, milli mətbuat ictimai mühitin, milli ideologiyanın, müstəqillik uğrunda mübarizənin formalaşmasına xidmət edib. Azərbaycanda azad, demokratik mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin 6 avqust 1998-ci il tarixdə “Azərbaycanda söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” imzaladığı Fərman, 7 dekabr 1999-cu ildə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Qanun və digər fərman və sərəncamlar milli jurnalistikanın inkişafına böyük təkan verib. Ümummilli liderin kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ölkənin informasiya tələbatının ödənilməsi, jurnalist kadrların yetişdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir.Tədbirin sonunda "Milli Mətbuat Günü" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 36 nəfər iştirak etmişdir.