Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Milli Mətbuat Günü
  15.7.2015

   15 iyul 2015-ci il tarixində kitabxanada 22 iyul Milli Mətbuat Günü münasibətilə "Milli Mətbuat Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə 32 kitab nümayiş edilmişdir. Sərgidə "Əkinçi” (1875-1877), “Molla Nəsrəddin”, “Yeni Füyuzat” jurnalı,Həsən bəy Zərdabi xatirələrdə, “Jurnalist əməyi qeyri-adi əməkdir”, Media Azərbaycan, Naxçıvan Mətbuat Şurası “Jurnalist”, Muxtar Respublika Mətbuatı: Dünən və bu gün, Molla Nəsrəddin jurnalının nəşri tarixindən, “Vedibasar” müstəqil qəzet – Ic.-IIc., Abid Tahirlinin “Azərbaycan mühacirət mətbuatında publisistika”,“Azərbaycan mühacirət mətbuatı”, İsmayıl Umudlunun “Kitab nəşri bu gün”, Şirməmməd Hüseynovun “Həqiqət və ədalət carçısı”, Həmid Vəliyevin “Beynəlxalq jurnalist təşkilatları”,Qulam Məmmədlinin “İmzalar”, Nazim Axundovun “Sənədlərin dili ilə”, Nizami Xudiyevin “Radio, televiziya və ədəbi dil", Səməd Baxşəliyevin “Telejurnalistika dünyası”, Şamil Qurbanovun “Açılmamış səhifələr”, Vəli Məmmədovun “Əkinçı” qəzeti, Ceyran Əbdürrəhimovanın “Qəzet satirasının əsasları”, İslam Ağayevin “Satirik “Zənbur” jurnalı”, Ataxan Paşayevin “Molla Nəsrəddin:dostları,düşmənləri, Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi” II hissə, Surə Seyidin “Şərq qapısı” qəzeti və Naxçıvanda ədəbi mühit”, Maksim Musayevin “Mediada düşüncələrim”,Sədaqət Həsənovanın “Füyuzat” jurnalı və dil problemləri”, Rəhilə Gülgünün “Xəbərin rəngi”, Allahverdi Məmmədlinin “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” adlı kitablar nümayiş edilmişdir. Sərgi 23 iyul tarixinədək nümayiş ediləcək.