Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Professor Yavuz Axundlunun “Məmməd Səid Ordubadi” adlı kitabının müzakirəsi
  12.10.2012

   12 oktyabr 2012- ci il tarixdə M.S.Ordubadinin anadan olmasının 140 illik yubileyi münasıbətilə professor Yavuz Axundlunun “Məmməd Səid Ordubadi” adlı kitabının müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Sonra Naxçıvan Özəl Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Nurlana Əliyeva yeni kitab haqqında ümumi məlumat vermişdir. Daha sonra kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “Ədibin dövrü, mühiti və həyatı”, elmi katib Kəngərli Günay “Ədibin bədii yaradıcılığı”, böyük kitabxanaçı Vəsilə Cəfərova “Ədibin tarixi romanları” adlı mövzularla çıxış etmişlər. Tədbirdə 35 nəfər iştirak etmişdir.