Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   M.F.Axundzadənin anadan olmasının 200 illiyi
  28.6.2012

   28 iyun 2012-ci il tarixdə M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə “M.F.Axundov milli dramaturgiyamızın banisidir” adlı mövzuya həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Sonra konfransda kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “M.F.Axundzadənin həyatı”, baş kitabxanaçı Şövkət Məmmədova “M. F. Axundzadə - 200”, böyük kitabxanaçı Sevda Rzayeva “M. F. Axundzadə və XIX əsrdə qadın məsələsi”, zal müdiri Mehriban Mahmudova “M.F.Axundzadənin yaradıcılığı” adlı mövzularla çıxış etmişlər. Tədbirə fəal oxucular dəvət olunmuşdur.