Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi
  17.5.2012

   17 may 2012-ci il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş ədəbi – bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Tədbirdə kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Sonra informasiya bölməsinin müdiri Nuridə Səfərova “Hüseyn Cavid irsinin kitabxanalarda təbliği”, böyük kitabxanaçı Vəsilə Cəfərova “Cavidi xatırlarkən” adlı mövzularda çıxış etmişlər. Tədbirə Musiqi Kollecinin tələbələri, Texniki Kollecin tələbələri, fəal oxucular dəvət olunmuşdur.Tədbirin sonunda sərgiyə baxış keçirilmişdir.