Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

Filologiya. Bədii ədəbiyyat

 
 
Kitabın Adı: Dahi  
Müəllifi:  Drayzer Teodor
Mövzusu: Filologiya. Bədii ədəbiyyat/Bədii ədəbiyyat
Nəşriyyat: Bakı,Qanun
Səhifə Sayı: 807
Dil: Azərbaycan dili
Nəşr ili: 2014
Məlumat: Kitabda müəllifin "Dahi" romanı verilmişdir. Əsər Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edir. Sənətdə düzgün bir yol tutmuş Yucin Vitla öz həqiqi realist mühitindən uzaqlaşaraq pul, dollar hakimiyyəti ilə barışığa girir, həyatı olduğu kimi göstərməyə çalışan bir rəssamdan Uoll-strit maqnatlarının zövqünü oxşayan bir "dühaya" çevrilir. Yucin Vitlanın faciəsi də buradan başlayır. Drayzer realist bir sənətkar kimi göstərir ki, dollar hakimiyyəti ilə əsl sənətkarlıq heç bir zaman bir araya sığa bilməz. Kapitalizm şəraitində incəsənət satılır və sənətkar eybəcər şəklə düşür. İstedadlı insanlar bu aləmdə öz təbii həyat yolundan ayrılaraq miskin bir varlığa çevrilir. Yucin Vitla simasında ümumiləşdirilən bu hal müəllifin göstərdiyi kimi dollar ölkəsində nadir və təsadüfi hadisə deyildir. Bu, kapitalizm cəmiyyətində ümumi və labüd bir haldır. Sənətlə dolların barışdığı yerdə ancaq fəlakət baş verir.
Oxunma Sayı:
    

Kitabın elektron variantı yoxdur