Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Xəlilov Fərman : Əziz Şərif: taleyi və sənəti
Kitaba görkəmli pedaqoq və elm xadimi professor Əziz Şərifin həyat yolu və ədəbi-ictimai fəaliyyəti, elmi və publisistik əsərləri haqqında yazılan məqalələr daxil edilmişdir.
Xanəliyev Sadıq : Əziz Şərifin əsərlərinin biblioqrafiyası
Kitabda Əziz Şərifin həyat və yaradıcılığı, tərcümə yaradıcılığı, publisist yaradıcılığı, əsərlərinin biblioqrafiyası verilib
Xəlilov Yaşar : Fortepiano və simfonik orkestr üçün konsert- b moll (klavir)
Kitabda fortepiano və simfonik orkestr üçün əsər verilmişdir.
Xudiyev Nizami : Heydər Əliyev və Azərbaycan dili
Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq onun yürütdüyü milli dil siyasətindən, dilimiz dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir.
Xəlilov Fərman : Hüseyn Razi, Biblioqrafiya
Kitaba Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Hüseyn Raziyə həsr olunan bəzi məqalələr, əsərləri və haqqında yazılanlara aid 1742 mənbəni əhatə edən biblioqrafiyası, müxtəlif tanınmış şəxslərdən və bəzi oxuculardan aldığı məktublar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir.
Xəlilov Fərman : Maarif fədaisi: Həsən bəy Qazıyev
Kitabda Azərbaycan Respublikasının əməkdar müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyəti işıqlandırılır. Bir maarif xadimi kimi onun xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.
Xəlilov Fərman : Məhəmməd Tağı Sidqi: taleyi və sənəti
Kitabda görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin (1854-1903) həyatı, taleyi, mühiti, ədəbi-ictimai və pedaqoji fəaliyyəti, həmçinin bədii yaradıcılığından bəhs edən məqalələr toplanmışdır.
Xudiyev Nizami (tərtib edən) : Mənalı ömür yolu
Kitabda Mənaf Əsgər oğlu Xudiyevin ömür yolundan bəhs olunur.
Xudiyev Nizami, Qasımov Abutalıb : Naxçıvan tarixinin səhifələri
Bu kitabda Naxçıvanın qədim və yeni tarixindən söz açılıb
Xəlilov Fərman, Cəfərov Fəxrəddin : Naxçıvan teatrı (məqalələr, xatirələr)
Kitaba 130 illik tarixə malik olan Naxçıvan teatrı ilə bağlı müxtəlif müəlliflərin məqalə və xatirələri ilk dəfə olaraq toplu halında daxil edilmişdir. Həmin məqalə və xatirələr teatırın keçdiyi yaradıcılıq yolu haqqında bütöv və sistemli təsəvvür yaratmağa yönəlmişdir
1 - 2