Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Vəliyeva A, Mahmuov M : "Kitabi-Dədə Qorqud" dilinin statistik təhlili
Kitabda dünya türkologiya elmində ilk dəfə olaraq azərbaycan xalqının qədim yazılı abidəsi "Kitabi-Dədə Qorqud" dastanlarının statistik tədqiqinin nəticələri əksini tapmışdır
Vəkil Əli, Tahirov Kərim, Həmid Taleh : Ana dedim, qarşımda gözəl bir səhnə açıldı
Kitaba Azərbaycan ədəbiyyatında və eləcə də digər xalqların poeziyasında qədim zamanlardan bugünədək ana haqqında yazılmış şeirlər daxil edilmişdir. Bu şeirlərdə övlad, ana, valideyn sevgisi,Vətən və onun tükənməyən istəyi poetik hisslərlə naxışlanır, anaya olan sonsuz məhəbbətdən söz açılır
Valter Skott : Ayvənhəu
Romanda İngiltərədə kral hakimiyyətinin mərkəzləşdirilməsi, ölkədə birliyin bərqərar olunması uğrunda baş qaldıran iğtişaş və savaşlar təfərrüatı ilə nəql edilir.
Veysəlli Fəxrəddin : Azərbaycan dilinin funksional qrammatikası: fonemika və morfemika
Kitabın bu cildi əsasən fonemikanı, fonologiyanı, morfemikanı və morfologiyanı əhatə edir. Burada morfonologiya da öz əksini tapmışdır. Əsərdə ilk dəfə olaraq qrammatikanın bir elm kimi formalaşması tarixi, qrammatikanın növləri və tipləri, habelə Azərbaycan dilinin fonoloji sistemi yeni səpgidə şərh olunur, eyni zamanda kitabda superseqment vahidlərin də fonologiyasına yer ayrılır.
Vəlixanlı Nailə : Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər
Kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycan torpaqlarının VII əsrin ortalarına yaxın yeni dünya imperyasının - Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövr araşdırılmışdır.
Vəliyev Sadıx, Əliyev İsa : Cəbr və ədədlər nəzəriyyəsindən məsələlər (Dərs vəsaiti)
Bu dərs vəsaiti pedaqoji ali məktəblərdə "riyaziyyat", "riyaziyyat və informatika" ixtisası üzrə bakalavr pilləsində tədris olunan "Cəbr və ədədlər nəzəriyyəsi" fənninin yeni proqramına uyğun yazılmışdır. Vəsait 8 fəsildən ibarətdir və fənnin məntiq və çoxluqlar nəzəriyyəsinin elementləri, cəbrlər, tam ədədlər halqasında bölünmə münasibəti, əsas ədədi funksiyalar, tutuşdurmalar, məchullu tutuşdurmalar, bir və çox dəyişəndən asılı çoxhədlilər bölmələrini əhatə etməklə proqramın bütün tələblərini ödəyir.
Vaqif Molla Pənah : Əsərləri
Oxuculara təqdim olunan bu yeni nəşrdə böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. əsərləri toplanmışdır.
Vəliyev Rövşən, Novruzov Azad : Həndəsə məsələləri (Çoxüzlülərin səthlərinin hesablanmasına aid məsələ həlli nümunələri)
Metodik vəsaitdə prizmanın, piramidanın səthinin sahəsinin hesablanmasına, çoxüzlülərin müstəvi kəsiklərinin qurulmasına və düzgün çoxüzlülərə aid məsələlərin həlli riyaziyyat proqramının tələblərinə müvafiq olaraq şagirdlərin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla verilmişdir.
Vəzirov Cəlil : Malikəjdər İbrahimov
Bu sənədli roman həkim Malikəjdər İbrahimovun həyat və fəaliyyətindən bəhs edir.
Vəliyev Sadıq, Hüseynov Rafiq : Müəllim hazırlığı və pedaqoji təcrübəyə yeni yanaşmalar (Müəllim və tələbələr üçün metodik vəsait)
Metodik vəsaitin yazılmasında məqsəd təcrübəçi tələbələrə, pedaqoji təcrübəyə rəhbərlik və iştirak edən müəllimlərə eləcə də digər fənn müəllimlərinə əməli köməklik etməkdir.
1 - 2 - 3