Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Türk-Amerika Assosiasiyası Assambleyası  : "Erməni soyqırımı'': mif və gerçəklik
Kitabda hamıya məlum olmayan faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatları konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif ifşa edilir.İlk növbədə erməni terrorizmi- onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotika ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir.
Tase Peter : Ancient monuments and treasures of Nakhchivan, Azerbaijan
In this book has been collected some articles, short essays and a wealth of information about the archaeological sites, architecture, culture and ancient history of Nakhchivan.
Talıbov Tariyel, Veynberq P.İ., Məmmədov İ.B. : Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Asiya muflonu və bezoar keçisinin bioloji xüsüsiyyətləri və qorunma strategiyası haqqında məlumatlar verilmişdir
Talıbov Rza : Asiya ölkələri beynəlxalq münasibətlər sistemində
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Həmçinin kitabda Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də yer verilmişdir.
Talıbov Rza : Azərbaycan-Yaponiya əməkdaşlığı
Kitabda mədəniyyət, ədəbiyyat təhsil, turizm, səhiyyə və idman sahələrində Azərbaycan-Yaponiya əlaqələrindən bəhs olunur
Talıboğlu Ələsgər : Bir kəhər kişnəyir, yuxularımda (şeirlər)
Kitabada şairin müxtəlif mövzulu şeirləri toplanmışdır.
Turan Azər : Cavidnamə
Azər Turanın təqdim olunan bu kitabında Hüseyn Cavidin ömür yolu, yaradıcılığının tarixi, elmi, ədəbi, teoloji qaynaqları və s. araşdırılır
Türkman İsgəndər bəy Münşi : Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi)
''Dünyanı bəzəyən Abbasın tarixi'' Azərbaycan tarixini öyrənmək üçün bir mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdır. ''Dünyanı bəzəyəm Abbasın tarixi ''əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr olunmuşdur.
Teymurbəyli-Rəhimli Sona : Duyğularım, düşüncələrim
Kitaba müəllifin klassik və müasir yazarlarımızın yaradıcılığı haqqında yazdığı elmi-publisistik əsərləri daxil edilmişdir.
Talıbov Seymur : Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri
Monoqrafiyada Xəzər hövzəsi regionunda enerji təhlükəsizliyi, bu sahədə yaranan problemlərin beynəlxalq hüquqi vasitələrlə həllində dövlətlərin əməkdaşlığının xüsusiyyətləri və Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri və mövqeyi müəyyən edilir.
1 - 2 - 3 - 4