Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Sadıqov Bəxtiyar (buraxılışa məsul) : "Azərbaycan" 90
Kitabda "Azərbaycan" qəzetinin 90 illik yubileyi haqqında foto-xatirələr verilmişdir
Səfərli Hacıfəxrəddin : "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi
Kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Azərbaycan hətta qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının əhalisi, bölgəyə müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən hörmətlə ziyarət edilən, adı "Qurani-Kərim"də xatırlanan Əshabi-Kəhf ziyarətgahından bəhs edilir. Əsərdə orta əsr qaynaqlarına, tarixi və etnoqrafik faktlara, tədqiqatçıların fikirlərinə əsaslanaraq "Qurani-Kərim"in "əl-Kəhf" surəsində haqqında bəhs edilən Əshabi-Kəhfin Naxçıvan şəhərinin şərq tərəfində yerləşən müqəddəs yer - Əshabi-Kəhf olması fikri vurğulanır.
Seyid Surə : "Şərq qapısı" qəzeti və Naxçıvanda ədəbi mühit (monoqrafiya)
Monoqrafiyada ilk dəfə olaraq Naxçıvanda mətbuatın yaranması tarixi və inkişaf yolu araşdırılır, Azərbaycan ədəbiyyat tarixinin öyrənilməsində "Şərq qapısı" qəzetinin rolu məsələsi aydınlaşdırılır, Naxçıvanda tənqid və ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında "Şərq qapısı qəzetinin rolundan geniş bəhs edilir
Seyidov Yusif : Akademik İsa Həbibbəyli
Monoqrafiyada əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi-pedaqoji, ədəbi və ictimai fəaliyyətindən bəhs edilir
Sultanlı Əli : Antik ədəbiyyat antologiyası
Bu kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Hesiodun, Esxilin, Evripidin, Sofokulun, Aristofanın, Aristotelin uzun əsrlər boyu ədəbiyyat xəzinəsini bəzəyən inciləri daxil edilmişdir
Sultanlı Əli : Antik ədəbiyyat antologiyası
"Antik ədəbiyyat antologiyası"nın ikinci cildinə qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir
Seyidov Yusif, Abdullayev Əlövsət, Məmmədli Aslan : Azərbaycan dilinin funksional qrammatikası: söz birləşmələri, tabeli mürəkkəb cümlələr, frazeologiya
Kitabın bu cildində sintaksislə leksem arasında yerləşən söz birləşmələri, mürəkkəb cümlələr arasında xüsusi yer tutan tabeli mürəkkəb cümlələr, habelə frazemlər şərh olunmuşdur.
Seyidəliyev Nəriman : Azərbaycan dilinin sinonimlər lüğəti
Lüğətdə 11 minə qədər eyni və yaxın mənaları əks etdirən sinonim söz və ifadə verilmişdir ki, bunların 4 mini dominant sözdür. Sinonimlər lüğətinin tərtibində ədəbi dilimizin öz lüğət fondundan, başqa dillərdən alınmalardan, danışıqda işlənən sözlərdən, o cümlədən məhəlli və dialekt sözlərindən və bəzi terminlərdən istifadə edilmişdir
Seyidov Nürəddin : Azərbaycan nağılları
Cildə daxil edilmiş "Moltanı padşahı", "Uşax pəhlivan", "Yusiflə Sənubər", "Kəsik baş" və bu kimi bəzən bir, bəzən də bir neçə dəfə nəşr edilmiş süjetlərin yeni, maraqlı variantıdır
Səfərli Fəxrəddin : Azərbaycan tarixi dərslərində epiqrafik materiallardan istifadə(metodik vəsait)
Kitab epiqrafiq abidələrdən, Azərbaycan tarixi dərslərində epiqrafik materialların istifadəsindən bəhs edir
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8