Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Rəsulova Gülnarə : Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı
Soraq kitabında tanınmış tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin tərcümeyi-halının əsas məqamları verilmiş, bu vaxtadək nəşr olunmuş məqalə və resenziyalarının, müəllifi, redaktoru və tərtibçisi olduğu kitabların, tərcümələrinin, rəhbərliyi altında hasilə yetən namizədlik və doktorluq əsərlərinin biblioqrafiyası öz əksini tapmışdır
Rüstəmov Ağarza, Quliyev Əlövsət, Qasımov Dilsuz : Aqrar sahənin inkişafının regional problemləri (Dərs vəsaiti)
Dərs vəsaitində aqrar sahənin inkişafı, aqrar sahədə sahibkarlıq fəaliyyəti və onun formalaşdırılması, ərzaq təhlükəsizliyi və qida sənayesi müəssisələrində innovasiya amili, aqrar sahədə istehsal sahibkarlığı və s. mövzular haqqında məlumat verilmişdir.
Rüstəmov Ağarza, Qasımov Dilsuz : Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi (Dərs vəsaiti)
Dərs vəsaitində aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursunun elmi-metodoloji əsasları, aqrar sahənin inkişaf istiqamətləri, kənd təsərrüfatında sahənin və regionların spesifik xüsusiyyətləri nəzərə alınmaqla mövcud ehtiyat mənbələrinin aşkar edilməsi, sahibkarlıq formalarının inkişafı, infrastrukturun təşkili, kənd təsərrüfatında idarəetmə sistemi və onun təkmilləşdirilməsi yolları müasir tələblər baxımından təhlil edilmişdir.
Rəcəbli Əli : Azərbaycan sikkələri
Bu kitabda qədim Azərbaycan Albaniya dövlətinin sikkələrindən başlayaraq müasir dövrə qədər-təqribən 2500 il ərzində zərb olunmuş və kəsilmiş bütün Azərbaycan pullarının nümunələri bu qiymətli tədqiqatda öz əksini tapmışdır
Rəhimli İlham : Azərbaycan teatr tarixi
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığıında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. Birinci cilddə müxtəlif milli xalq oyun-tamaşalarının, meydan teatrının, şəbih teatrının, kilimarasının əsasları verilib. Milli peşəkar teatrımız 1873-cü il martın 10-da Bakıda təşəkkül tapıb. Bunun ardınca Tiflisdə, İrəvanda, Şuşada, Şamaxıda, Naxçıvanda, Şəkidə, Aşqabadda, Təbrizdə, eləcə də Azərbaycanın müxtəlif rayonlarında teatrların yaranışı və təşəkkül yolu başlayıb. Bu cilddə müxtəlif məkanlarda teatr prosesinin dövlət təsisatına qədər olan dövrü tədqiq və təhlil olunub. Milli opera və operetta janrlarının yaranması və ilkin inkişaf dövrü də birinci cilddə verilib.
Rəhimli İlham : Azərbaycan teatr tarixi
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığıında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. İkinci cilddə Azərbaycan dramaturgiyasının təşəkkülü və inkişaf mərhələləri, onun əsas təmsilçilərinin yaradıcılıq portretləri verilib. Bu cilddə Milli Dram Teatrının (1919-1937), Opera və Balet teatrının (1919-1937), Rus Dram Teatrının (1920-2016), Azərbaycan Dövlət Yəhudi Teatrının (1933-1939), Bakı Türk İşçi Teatrının (1921-1932), Gənc Tamaşaçılar Teatrının (1927-1937), Naxçıvan (1922-1937), Gəncə (1933-1937), Tiflis (1922-1937), İrəvan (1928-1937), Aşqabad (1932-1940) teatrlarının müəyyən dövrlərindən bəhs olunub. Rayon teatrlarında peşəkarlığa keçidin yeni mərhələsi (1919-1937), kolxoz və sovxoz teatrları, Azərbaycan Dövlət Teatr Muzeyinin tarixi barədə tədqiqatlar verilib.
Rəhimli İlham : Azərbaycan teatr tarixi
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığıında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. Üçüncü cild "Mövzu, janr və üslub axtarışları" bölümü ilə başlayır. Burada Milli Dram Teatrının və Opera və Balet Teatrının yaradıcılıq yollarının 1938-2016-cı illəri əhatə edilib. Hər iki sənət ocağında böyük yaradıcılıq izi olan qüdrətli səhnə ustalarının yığcam portret-oçerkləri verilib. Hər iki teatrın repertuar şəcərəsinin əsas mahiyyəti xronoloji ardıcıllıqla verilib. Dünya bəstəkarlarının Azərbaycanda tamaşaya qoyulmuş opera və baletlərinin siyahısına xüsusi yer ayrılıb.
Rəhimli İlham : Azərbaycan teatr tarixi
Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" fundamental tədqiqat əsəri 5 cilddən ibarətdir. Alimin bu əsərlərində Azərbaycan milli teatr tarixi min-min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığıında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri - təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb. Dördüncü cild "Mövzu, janr və üslub axtarışlar" bölümü ilə başlayır. Bu bölümdə Azərbaycan Dövlət Musiqili Teatrının (1938-1949 və 1956-2016), Gənc Tamaşaçılar Teatrının (1938-2016), Naxçıvan (1938-2016), Gəncə (1938-2016), Tiflis (1938-1947 və 1999-2016), İrəvan (1938-1949 və 1967-2016) teatrlarının yaradıcılıqları əhatə olunub. Haqqında bəhs olunan sənət ocaqlarında səmərəli fəaliyyət göstərmiş qüdrətli xadimlərin qısa portret-oçerkləri verilib. Kukla teatrlarına xüsusi bölüm ayrılıb. Burada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Gəncə, Naxçıvan, Qax, Salyan dövlət kukla teatrlarının yaradıcılıq yolu təcəssüm tapıb.
Rəhmanzadə Şamil : Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)
Monoqrafiya tarixşünaslığımızın nisbətən az öyrənilmiş mövzularından olan Azərbaycanın tarixi ərazilərinə, ən başlıcası isə şimal-qərb bölgəsinə- tarixi Car-Balakən camaatlıqları və İlisu sultanlığının bir hissəsini əhatə edən Zaqatala mahalına gürcü iddialarının tədqiqinə həsr edilmişdir.
Ruşanov Asəf : Balbas cinsli qoyunların bioloji-təsərrüfat xüsusiyyətləri
Kitabda Azərbaycan yerli aborigen qoyun cinsləri içərisində ən yüksək bala verən, Naxçıvan Muxtar Respublikası ərazisində yeganə planlı qoyun cinsi olan Balbas qoyunlarının mənşəyi, yetişdirilməsi, yemləndirilməsi cinsdaxili tiplərinin məhsuldarlıq göstəriciləri verilmiş və heyvanların gələcək seleksiya-damazlıq işinin istiqamətinin müəyyən edilməsi, bunun üçün də gələcəkdə bu tiplərin ayrıca sürülərinin təşkili qeyd edilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6