Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Qədirzadə Qadir : "Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər
Monoqrafiyada "Kitabi-Dədə Qorqud" boylarında adətlər, inamlar, ailə məişət münasibətləri onların Naxçıvan paralellərindən, "Bilqamıs" dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətlərdən bəhs edilir.
Qədirzadə Qadir : Adətlər, inanclar və türklərin soy kötüyü məsələsi
Kitabda uşaqların doğumu və tərbiyəsi ilə əlaqədar adətlər, inanclar, dəfn və yasla bağlı, bəzi heyvanlarla bağlı inanclar haqqında məlumatlar verilmişdir
Qədirzadə Qadir : Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr
Monoqrafiyada Naxçıvanda mövcud olan bir sıra adət və inamların tarixliyi araşdırmaqla digər türk xalqlar arasındakı ortaq cəhətlər müəyyən edilmişdir. Problemlə bağlı mübahisəli məsələlərə açıqlama verilmişdir
Quliyev Röfət : Akademik Həsən Abdullayev (Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi. Böyük elmin sükanı arxasında. Xatirələrdə yaşayan ömür)
Akademik Həsən Abdullayev müasir Azərbaycan elminin tarixində iki böyük məktəbin: yüksək texnologiyaların əsası olan yarımkeçiricilər fizikası və elmi təşkilatçılıq məktəblərinin yaradıcısıdır.
Quliyev Əbülfəz, Xəlilov Fərman : AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Kitabda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 10 illik fəaliyyəti işıqlandırılmış, İnstitut əməkdaşları haqqında məlumatlar verilmişdir.
Qasımov Natiq : Aqil Əlirza oğlu Əliyev-75
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 75 illiyi münasibətilə çap edilən bu kitabda alimin bioqrafiyası, həyat və fəaliyyəti haqqında məlumat, həmçinin görkəmli elm xadimlərinin ürək sözləri öz əksini tapmışdır. Bundan əlavə kitabda A.Əliyevin elmi əsərlərinin siyahısı verilmişdir.
Quliyeva Zeynəb : Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri
Kitab Şərqi Arpaçayın Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olan vadisində yerləşən Tunc dövrü abidələrinə həsr olunub. Əsərdə arxeoloji qazıntılar zamanı Arpaçay abidələrindən aşkar edilən materiallar və muzey fondlarında saxlanılan maddi mədəniyyət nümunələrinin bir qisminin müqayisəli təhlili verilmişdir.
Qurbanov Vaqif, İmanlı Akif : Azərbaycan dilində söz birləşmələri tədrisinin linqvodidaktik əsasları
Kitabda söz birləşmələri tədrisi probleminin ümumi məsələləri, söz birləşməsinə dair bilik və bacarıqların aşılanması yolları və s. mövzular əhatə olunmuşdur.
Qəhrəmanov Cahangir : Azərbaycan klassik ədəbiyyatından seçmələr (XIII-XVI əsrlər Azərbaycan şeri)
" Azərbaycan klassik ədəbiyyatından seçmələr"in bu cildində XIII-XVI əsrlərin ən görkəmli şairlərinin- İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Əssar Təbrizi, İmadəddin Nəsimi Şah Qasım Ənvar, Kişvəri və b. seçilmiş əsərləri daxil edilmişdir
Qəhrəmanov Cahangir : Azərbaycan klassik ədəbiyyatından seçmələr (XVII-XVIII əsrlər Azərbaycan şeri)
"Azərbaycan klassik ədəbiyyatından seçmələr"in bu cildində Saib Təbrizi, Vaqif, Vidadi, Qövsi Təbrizi və digər şairlərin əsərlərindən ən yaxşı nümunələr daxil edilmişdir
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9