Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Paşayev Ataxan : "Molla Nəsrəddin": dostları, düşmənləri
Əsasən ilk mənbələrə istinad edilərək yazılmış bu kitabda "Molla Nəsrəddin" jurnalının Şərq xalqlarının oyanmasındakı rolu, onun çar mütləqiyyətinə, burjuaziya-mülkədar zülmünə, Şərq müstəbidlərinə, habelə cəhalət və islam dininin ehkamlarına qarşı apardığı barışmaz mübarizəsi öz əksini tapmışdır
Potter Saimon : Dilimiz
Kitab tanınmış ingilis dilçisi S.Potterin ingilis xalqının əsrlər boyu danışdığı dil, onun keçdiyi yol haqqında düşüncələrini əks etdirir.
Pasternak Boris : Doktor Jivaqo
Kitabda görkəmli rus yazıçı Boris Pasternakın "Doktor Jivaqo" romanı verilmişdir.
Piriyev Musa, İbrahimov Əliyar : Naxçıvan Muxtar Respublikasının bəzi ağac və kolları, onların yaşıllaşdırmada istifadə perspektivləri
Kitabda Naxçıvan Muxtar Respublikasında yaşıllaşdırmanın tarixi və aktuallığı, meyvəçiliyin inkişafı, bəzi ağac və kolların növ tərkibi, biomorfoloji əlamətləri, yayıldığı ərazilər və sair haqqında məlumatlar verilmişdir.
Piriyev Vaqif : Naxçıvan tarixindən səhifələr
Kitabda Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan diyarının XIII-XIV əsrlərdəki tarixi-siyasi coğrafiyası, siyasi tarixi, ictimai-iqtisadi vəziyyəti, mədəni həyatı dövrün, demək olar ki, bütün məlum mənbələri və müvafiq tarixi ədəbiyyat əsasında işıqlandırılır.Əsas diqqət diyarın inzibati ərazisinə və mədəni həyatına verilmişdir.
Piriyev İftixar : Qurtuluş dastanı (ikihissəli epik tarixi dram)
Əsərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, həmin dövrdə Azərbaycandakı siyasi vəziyyət, Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və prezidentliyi dövründəki bəzi məqamlar verilmişdir.
Platonov Andrey : Seçilmiş əsərləri
Kitabda Andrey Platonovun "Potudan çayı", "Tutqun gəncliyin dan yerində", "Fro" hekayələri, "Naməlum çiçək", "Əkinçi külək" pritçaları, "Ata-ana" dramaturgiyası, və A. Platonovun arvadı M.Platonovaya məktubuları verilib
Pinter Harold : Seçilmiş əsərləri
Kitabda İngiltərə yazıçısı Harold Pinterin "Cırtdanlar" romanı, "Kolleksiya", "Mətbəx lifti", "Sevgili", " Evə qayıdış", "Gözətçi", "Xəyanət", "Səfər ərəfəsində" və s. pyesləri verilmişdir
Po Edqar Allan : Seçilmiş əsərləri
Kitabda görkəmli Amerika yazıçısı Edqar Allan Ponun "Nantuketli Artur Qordon Pimin sərgüzəştləri", "Hans Pfaalın qeyri-adi macəraları", "Morq küçəsində qətl", "Uzunsov qutu" və s. əsərləri verilmişdir.
Pamuk Orxan : Seçilmiş əsərləri
Kitabda verilmiş məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun "Mənim adım Qırmızı" romanında 1951-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. Roman bir çox məziyyətlərilə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqqaşlıq sənəti haqqında bənzərsiz hekayətdir. Kitaba yazıçının hekayəsi və sənədli nəsrindən parçalar da daxil edilmişdir.
1 - 2