Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Naxçıvan Muxtar Respublikası  : "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas
Tarixi-coğrafi və etnoqrafik atlasda Naxçıvan Muxtar Respublikası ərazisində "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı yer adları və dastanda işlədilmiş bəzi sözlərin etnoqrafik təhlili öz əksini tapmışdır.
Novruzoğlu Rövşən : "Əsabi-Kəhf"ə məktub: Sürgündə qalan əhli-əyalım var
Bu kitab tarixin amansız səhifələrindən birini - İslam dünyasının qeyb olmuş imamının - İmam Mehdinin (ə.s.) əhli-əyalının sürgün həyatını özündə əks etdirir. Görəsən, dünya "Əshabi-Kəhf"dən necə görünür? Tədqiqatlar göstərir ki, Həzrəti Mehdi (ə.s.) müsəlmanların inanc zirvəsi olaraq qalır. Və belə bir sual meydana çıxır: İmamın - Həzrəti Mehdinin (ə.s.) əhli-əyalı Haradadır? Nəhayət, kitab bu suallara cavab verir. Ümid edirik ki, bu kitabın nəşrindən sonra Naxçıvan, bütövlükdə Azərbaycan dinindən, inamından asılı olmayaraq, bütün insanların müqəddəs inanc yeri olacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi  : "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının üzvü olan gənclərlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi
Kitabçada "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramının üzvü olan gənclərlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan-bəşəriyyətin beşiyi" II beynəlxalq rəsm festivalı, Kataloq
Naxçıvan muxtar Respublikası Ali Məclisi Sədrinin 17 yanvar 2014-c il tarixli Sərəncamı ilə təsdiq edilmiş " Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"na əsasən 2014-cü il may ayının 20-23-də Naxçıvan şəhərində "Naxçıvan-bəşəriyyətin beşiyi" II beynəlxalq rəsm festivalı keçirilmişdir. Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda 7 ölkədən rəssamlar iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan-bəşəriyyətin beşiyi" III beynəlxalq rəsm festivalı, Kataloq
2016-cı il 24-27 may tarixlərində Naxçıvan şəhərində "Naxçıvan bəşəriyyətin beşiyi" III Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. "Əlincəqala" Tarix-Mədəniyyət Muzey Kompleksində təşkil olunan festivalda 7 ölkədən gəlmiş rəssamlar iştirak etmişlər. Kataloqda Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı və festivalda çəkilmiş rəsm əsərləri ilə bağlı materiallar toplanmışdır.
Naxçıvan MR. Ali Məclisinin Sədri yanında Bilik Fondu, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi  : "Naxçıvan-bəşəriyyətin beşiyi" IV Beynəlxalq Rəsm Festivalı. Kataloq
2018-ci il 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Naxçıvan bəşəriyyətin beşiyi" IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Festivalda 11 ölkədən gəlmiş rəssamlar iştirak etmişlər. Kataloqda festivalda çəkilmiş rəsm əsərləri ilə bağlı materiallar toplanmışdır.
Naxçıvan Muxtar Respublikası  : "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"
Bu kitabda Heydər Əliyevin doğma vətəni Azərbaycan haqqında söylədiyi fikirlər verilmişdir
Nərimanoğlu Kamil Vəli, Önər Mustafa : 1926- Bakı Türkoloji qurultayı (26 fevral- 6 mart 1926)
Kitabda 26 fevral- 6 mart 1926- cı ildə Bakıda təşkil olunan Birinci Türkoloji qurultayda ortaq əlifbaya, yazıya, dilə qarşı mübahisəsini bildirən insanları, qurultayda etdikləri çıxışlara görə bir neçə il sonra ölümə, həpsə və ya sürgünə məhkum edilmələri haqqında məlumat verilmişdir
Naxçıvan Muxtar Respublikası  : 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında
Bu kitabda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında məlumat verilib
Naxçıvan Muxtar Respublikası  : 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi
Kitabda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi haqqında məlumat verilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15