Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Dəmirçizadə Ə : "Kitabi-Dədə Qorqud" dastanlarının dili
Təqdim edilən kitabda dastanın Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdıran zəngin və dolğun mənbə olduğu açıqlanır
Dadaşova Sevda, Qasımzadə Elbay, Məmmədov Fazil : Bakı- tarixin səhifələri
Kitabda arxivlərdən, muzey fondlarından və şəsxi kolleksiyalardan toplanmış ikonoqrafik materiallar əsasında şəhərin çoxəsirlik tarixininin olmasından bəhs olunur. (Azərbaycan - rus dilində)
Dadaşova Sevda, Qasımzadə Elbay, Məmmədov Fazil : Bakı- tarixin səhifələri
Kitabda arxivlərdən, muzey fondlarından və şəsxi kolleksiyalardan toplanmış ikonoqrafik materiallar əsasında şəhərin çoxəsirlik tarixininin olmasından bəhs olunur. (Azərbaycan - ingilis dilində)
Drayzer Teodor : Dahi
Kitabda müəllifin "Dahi" romanı verilmişdir. Əsər Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edir. Sənətdə düzgün bir yol tutmuş Yucin Vitla öz həqiqi realist mühitindən uzaqlaşaraq pul, dollar hakimiyyəti ilə barışığa girir, həyatı olduğu kimi göstərməyə çalışan bir rəssamdan Uoll-strit maqnatlarının zövqünü oxşayan bir "dühaya" çevrilir. Yucin Vitlanın faciəsi də buradan başlayır. Drayzer realist bir sənətkar kimi göstərir ki, dollar hakimiyyəti ilə əsl sənətkarlıq heç bir zaman bir araya sığa bilməz. Kapitalizm şəraitində incəsənət satılır və sənətkar eybəcər şəklə düşür. İstedadlı insanlar bu aləmdə öz təbii həyat yolundan ayrılaraq miskin bir varlığa çevrilir. Yucin Vitla simasında ümumiləşdirilən bu hal müəllifin göstərdiyi kimi dollar ölkəsində nadir və təsadüfi hadisə deyildir. Bu, kapitalizm cəmiyyətində ümumi və labüd bir haldır. Sənətlə dolların barışdığı yerdə ancaq fəlakət baş verir.
Dulayeva Zərifə : Elmin qızıl fondu (Kataloq)
Azərbaycan Milli Elmlər Akademiyası ildən-ilə genişlənib inkişaf edir, istedadlı elm fədailərinin səyilə möhkəmlənir, həqiqi və müxbir üzvlərinin sayı artır. Onlardan 38 nəfərinin Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan materialları bu kataloqun məzmununu təşkil etmişdir
Dövlət Statistik İnstitutu  : Iğdır " Tarixi gerçəklik və Ermənilər" beynəlxalq simpozyum
Kitabda dünya ictimiyyətinə Erməni soyqırımının əsassız olduğunu göstərmək, statistik məlumatlar və s. haqqında məlumat verilmşdir
Dünyamalıyev Məmmədəli, Məmmədhəsənov Naiq  : Kartofçuluq
Kitabda kartof yetişdirilməsinin tarixi, kartofun morfoloji və fizioloji xüsusiyyətləri, torpaq-iqlim şəraitinə təlabatı, sortun seçilməsi və əkin materialının hazırlanması, suvarmanın vaxtı və norması, gübrələnməsi, alaq otlarından, xəstəlik və zərərvericilərdən mühafizəsi, yığımı, daşınması və saxlanması haqqında məlumatlar qeyd olunmuşdur.
Dikkens Çarlz : Oliver Tvist
Kitabda müəllifin "Oliver Tvist" romanı verilmişdir. Əsər dərin ictimai məzmunu, həyat həqiqətlərini düzgün göstərməsi və bədii vüsəti etibarilə dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır.
Dövlət Arxivləri Ümumi müdirliyi  : Osmanlı arxiv sənədlərində Naxçıvan
Kitabda Naxçıvanın tarixi, Rusiya-İran müharibəsi haqqında, Osmanlı- Rusiya arasındakı müharibələr və s. haqqında məlumatlar verilmişdir
Doyl Artur Konan : Seçilmiş əsərləri
Kitaba müəllifin "Baskervillərin iti" romanı, "İtmiş dünya" povesti və bir neçə maraqlı hekayəsi daxil edilmişdir.
1 - 2