Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Camalov Kamal, Allahverdiyeva Lalə : Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları
Metodik vəsaitdə xalqın tərbiyə sahəsində tarix boyu irəli sürdüyü fikir və ideyalar, adət və ənənələr, etnoqrafik və tarixi sənədlər, xüsusilə folklor materialları təhlilə cəlb olunur. Müasir ailədə uşaqların milli dəyərlərə sahib vətəndaşlar kimi formalaşmasında etnopedaqogikanın rolu və əhəmiyyətinin ən mühüm məqamları burada öz əksini tapmışdır.
Cəfərli Məhərrəm : Azərbaycan dastanlarının struktur poetikası
Bu monoqrafiya Azərbaycan dastanşünaslığına ciddi töhfədir. Ümumtürk dastançılıq ənənəsində dastanlarımızın yeri, genezisi, folklor mətni kimi strukturu, obrazlar sistemi, dastan-mif əlaqələri və başqa məsələlər elmi-nəzəri dəlillərlə şərh edilir
Cəlilov Elman : Azərbaycan dövlət və hüququ (XIII-XIV yüzillər)
Bu kitab Azərbaycanın dövlət və hüququnun öyrənilməsi sahəsində, demək olar ki, ilk fundamental əsərdir. Müstəqil Azərbaycan dövlətinin elmi atributlarından biri kimi onun hüququnun öyrənilməsi zərurəti əsərdə öz əksini tapmışdır
Cəfərzadə Əzizə (tərtib edən) : Azərbaycan qadın şairləri antologiyası
"Azərbaycan qadın şairləri antologiyası" Azərbaycan qadınlığının poetik salnaməsidir. Buraya Güneyli-Quzeyli Azərbaycanımızın aşıq və şair qadınlarının poetik dünyasından nümunələr daxil edilmişdir
Cəfərli Dilbər : Azərbaycan, səni Heydər yaşatdı (şeirlər)
Kitabda müəllifin "El duası", "Yurd sevgisi", "Sevgi yazı" kimi şeirləri verilmişdir
Camalov Kamal : Böyük mütəfəkkirlərin maarifçilik ideyaları
Monoqrafiyada böyük mütəfəkkir ədib və pedaqoqların maarifçilik ideyaları tədqiqat obyekti olaraq araşdırılmışdır. İlk dəfə olaraq Məhəmmədağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və Hüseyn Cavidin məktəb və maarifin inkişafındakı xidmətləri, bu sahədə yorulmaq bilmədən apardıqları mübarizələri, təlim və təhsil, əxlaq, əmək, vətənpərvərlik, ailə tərbiyəsi və qadın təhsili ilə bağlı fikirləri təhlilə cəlb olunur.
Cabbarov Süleyman : Dərman bitkiləri ilə müalicə reseptləri
Kitabda dərman bitkiləri ilə müalicə, bitki yığıntıları ilə müalicə, cavanlıq eleksirləri, ədviyyatların faydaları, bitki vannaları ilə müalicə, saçı möhkəmləndirən bitkilər, üz üçün təmizləyici maskalar, çərəzlərin faydaları və s. haqqında məlumat verilmişdir.
Cəfəroğlu Ədalət : Dilimiz varlığımızdır
Ə.Cəfəroğlu 20 ildən artıqdır ki orta məktəbdə ana dilimizi tədris edir. Bu illər ərzində dilimizlə bağlı mətbuatda çoxlu yazıları çap olunub. "Dilimiz varlığımızdır" kitabı müəllifin zəngin təcrübəsini əks etdirir
Cavid Hüseyn : Dram əsərləri
Azərbaycan Respublikası Prezidentinin "Hüseyn Cavidin 125 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilən bu kitaba ölməz sənətkarın "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Temur" və "Xəyyam" əsərləri daxil edilmişdir
Cabbarlı Nərgiz (tərtib edəni) : Dünya yazıçılarının nağılları antologiyası
Kitabda Şarl Perro, Qrimm qardaşları, Vilhelm Hauf, Edqar Po, Mark Tven, Anni Şmidt və başqa yazıçıların nağılları verilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6