Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Bağırov Mehdi : "Statistika" fənnindən tədris-metodiki vəsait
Kitabda statistikanın nəzəri əsasları üzrə bütün bölmələrə diqqət yetirilmiş, təriflər, məzmun və istifadə üzrə izahatlar verilir, tanınmış alim-statistiklər haqqında bəhs olunur.
Behbudova Aypara : Adil Babayev: ömür yolu və sənət dünyası
Monoqrafiyada çoxcəhətli və zəngin yaradıcılığa malik şair, dramaturq, teatrşünas və tərcüməçi Adil Babayevin keşməkeşli ömür yolu, yaradıcılığının ideya-bədii məziyyətləri, janr və mövzu rəngarəngliyi ilk dəfə ətraflı olaraq təhlil edilmiş və ədəbiyyatında ədibin yeri müəyyənləşdirilmişdir. Kitabda Adil Babayevin həyatının müxtəlif anlarını əks etdirən fotolar da verilmişdir.
Budaqov Budaq : Akademik H.Ə.Əliyev. Elmin korifeyləri
Kitabda akademik H.Əliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında məlumatlar verilmişdir.
Bababəyli Nazim, İmat Fatih, Fətəliyeva Aytən : Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı
Kitabda ərazinin təbii iqlim şəraiti, oroqrafiyası, geoloji quruluşu və geomorfologiyası, torpaqları, bitki örtüyü və heyvanlar aləmi, ekocoğrafi şəraiti və landşaftı haqqında məlumatlar göstərilmişdir
Babaoğlu Hikmət : Akdamardan Sarı gəlinədək erməni yalanı
Əməkdar jurnalist Hikmət Babaoğlunun bu kitabında ermənilərin Azərbaycan xalqının tarixinə maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqdan bəhs edilir, erməni yalanları əsaslı elmi arqumentlərlə alt-üst edilir, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilir. Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini-ideoloji kataklizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil edilir, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb edilir
Bağırov Mehdi : Aqrar sahədə resurs potensialı, onun istehsal və satış sisteminin formalaşmasında rolu
Monoqrafiyada aqrar sahənin resurs potensialına izahat verilir, onun istehsal və satış prosesinin formalaşmasındakı rolundan geniş bəhs olunur.
Bağırov Mehdi : Aqrar sahənin inkişafı və marketinq prinsiplərindən istifadə
Monoqrafiyada ölkənin iqtisadi təkamülünün müasir mərhələsində aqrar sahənin inkişafına nəzər yetirilir, kənd təsərrüfatındakı mümkün istehsal və satış proseslərinin həyata keçirilməsində marketinq prinsiplərindən istifadə haqqında geniş bəhs olunur.
Bababəyli Nazim, İmat Fatih : Araz çay sisteminin yuxarı hissəsinin ekocoğrafi şəraiti
Monoqrafiyada Araz çayı sisteminin yuxarı hissəsinin, hidroloji rejimi və ekoloji şəraitinə təsir edən təbii amillər-iqlim xüsusiyyətləri, bitki örtüyü, hidrogeoloji şəraiti və.s haqqında məlumat vermiş, çayın, onun qollarının, hövzədəki su anbarları və göllərin hidroqrafik xüsusiyyətləri və ekoloji şəraiti səciyyələndirilmişdir.
Baxşəliyev Vəli, Seyidov Abbas : Aşağı daşarx
Monoqrafiyada Naxçıvanın mühüm abidələrindən biri olan Aşağı Daşarx qədim yaşayış yerindən aşkar edilmiş maddi-mədəniyyət nümunələri təhlil edilmişdir
Bəydili (Məmmədov) Cəlal (Tərtib edən) : Atalar sözü
Bu nəşrdə elin düşüncə dünyasından qopan Azərbaycan atalar sözlərinin toplanması və nəşri sahəsində yüz ildən artıq bir dövr ərzində göstərilən zəngin fəaliyyətin başlıca nəticələri əhatə olunmuşdur
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10