Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




Ministry of Culture and Tourism  : "Azerbaijan" Information Catalogue for tourists
In the information catalogue is given information about the nature, regions and national holidays of Azerbaijan.
Hüseynov Xəzər : "Azərbaycan İkinci Dünya müharibəsi dövründə" mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə üzrə işin sistemi
Kitabda İkinci Dünya müharibəsinin başlanmasının səbəbləri və gedişi, Şimali Azərbaycanla müharibə edən dövlətlərin işğalçılıq planları haqqında məlumatlar verilmişdir.
Azərbaycan Respublikası  : "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Naxçıvan iqtisadi rayonu üzrə müəyyənləşdirilmiş tədbirlərdən çıxarış
Kitabda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Naxçıvan iqtisadi rayonu üzrə müəyyənləşdirilmiş tədbirlər verilmişdir
Sadıqov Bəxtiyar (buraxılışa məsul) : "Azərbaycan" 90
Kitabda "Azərbaycan" qəzetinin 90 illik yubileyi haqqında foto-xatirələr verilmişdir
Məmmədli Əkrəm : "Çahargah" və "Bayatı kürd" muğamları
Kitabda "Çahargah" və "Bayatı kürd" muğamları verilmişdir.
Əliyev Ziyadxan : "Cəmil Müfidzadə. Cizgilərə hopan ömür..."
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin "Cəmil Müfidzadə. Cizgilərə hopan ömür..." kitabı xalq rəssamı, görkəmli qrafika ustası Cəmil Müfidzadənin həyat və yaradıcılığından bəhs edir.
Naxçıvan Muxtar Respublikası  : "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas
Tarixi-coğrafi və etnoqrafik atlasda Naxçıvan Muxtar Respublikası ərazisində "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı yer adları və dastanda işlədilmiş bəzi sözlərin etnoqrafik təhlili öz əksini tapmışdır.
Əliyev İsmayıl : "Divanü lüğat-İt-Türk"də atalar sözləri
Elmi iddiası olmayan bu kitabda müəllifin "Divanü lüğat-İt-Türk" əsərindəki atalar sözləri haqqında düşüncələri, onlardan bəzilərinin təhlilindən doğan ümumiləşdirmələri verilmişdir.
Əliyev İsmayıl : "Divanü lüğat-İt-Türk"də Azərbaycan türkcəsi sözləri
Kitabda Mahmud Kaşğarinin "Divanü lüğat-İt-Türk" əsərində olan azəri türkcəsinə aid sözlər seçilmiş və onların müasir ədəbi dilimizdə, həmçinin dialektlərdə, xüsusilə Naxçıvan ləhcəsində işlənmə vəziyyətləri araşdırılmışdır.
Türk-Amerika Assosiasiyası Assambleyası  : "Erməni soyqırımı'': mif və gerçəklik
Kitabda hamıya məlum olmayan faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatları konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni soyqırımı" haqqında mif ifşa edilir.İlk növbədə erməni terrorizmi- onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotika ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15