Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Elektron Kataloq



A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Açar Söz:
Kitab Adı:
Müəllif Adı:
Mövzusu:
Alt mövzusu:
Nəşri:




İsgəndərov Asəf : "Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi" Beynəlxalq elmi-praktik konfrans
Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin öyrənilməsi, qorunması, təbliği və tətbiqi ilə yanaşı, Azərbaycanın XXI əsrə müasir dirçəlişininin müəllifi olan İlham Əliyevin bu irsi bacarıqla, inamla və qətiyyətlə inkişaf etdirilməsi nəticəsində əldə olunan uğurların və qarşıda duran vəzifələrin təhlilinə həsr olunmuşdur
İsmayılov Cəbi : Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri (dərs vəsaiti)
Dərs vasaitində anesteziologiya və reanimasiyanın əsas məsələlərinin bəzi aspektləri təhlil olunur, onun tədrisindəki praktiki rolu işıqlandırılır.
İmanlı Akif : Araz vadisinin oykonimləri
Kitab Naxçıvan çevrəsi, yaxud Araz vadisi oykonimlərinin linqvistik xüsusiyyətlərinin öyrənilməsi məsələlərini əhatə edir. Kitabda Türkiyə Cümhuriyyətinin İğdır Vilayətinə daxil olan Aralıq və Qaraqoyunlu bölgələrinin oykonimlərinin leksik tərkibi müəyyənləşdirilərək, onların etimoloji təhlili verilir və yaranma yolları şərh edilir.
İvgin Hayrəddin : Avrasya Kurumu sempozyum bildirileri
Kitabda Avrasya ilə Türkiyə arasında sevgidən, dostluqdan, barışdan, mədəniyyət, turizm, əlaqələri haqqında məlumat verilmişdir
İvgin Hayrəddin : Avrasya Qurumu simpozium məlumatları ( Nizamidən Yunus Əmrə" yə K.Atatürk" dən H.Əliyev" ə uzanan sevgi və barış yolu simpozium məlumatları)
Kitabda simpoziumun açılışındakı çıxışlar və görüntülər verilmişdir
İsmayıl Zülfiyyə : Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr (Monoqrafiya)
Monoqrafiya milli dəyərimiz olan ana dilinə həsr olunub. Əsərdə Azərbaycan dilinin qrammatik quruluşu sistemində, xüsusən ismi birləşmələr sistemində əsaslı mövqeyi olan və indiyə qədər müstəqil tədqiqata cəlb edilməyən qeyri-təyini ismi birləşmələrdən bəhs olunur.
İsmayılov Hüseyn, Orucov Tahir : Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, oyunlar və xalq tamaşaları)
Kitabda mərasimlər və ayinlər içərisində yaranıb yayılan, öz məzmun, şəkil və hətta mənalarını dəyişərək zəmanəmizə qədər gəlib çıxan qədim və son dərəcə zəngin xalq sənəti nümunələrindən qaravəllilər, oyunlar və xalq tamaşaları toplanmışdır
İvanov Rudolf : Basqın (Bolşeviklərin Sovet torpağı qədim Naxçıvanda azğınlıqları haqda acı həqiqətlər)
Kitabda arxiv sənədləri və qəzet materialları əsasında Naxçıvan diyarının 1920-1926-cı illərdə tarixi verilmişdir. Bu illərdə Azərbaycan rəhbərliyi yoxsulluq içərisində boğulan respublikaya köməklik göstərmək əvəzinə, məsuliyyətdən yayınaraq "sovet nizamsızlığının" səbəbini Naxçıvan MSSR-də dövlət hakimiyyətinin "xan-bəy ünsürləri" tərfindən ələ keçirilməsi ilə izah edirdi. Azərbaycan SSR Xüsusi Komisiyasının "Son dərəcə məxfi" qrifli məruzəsi ilk dəfə bu kitabda nəşr olunub. Kitabdə məruzədən əlavə,160 arxiv və qəzet materialı verilmişdir
İbrahimzadə Fizuli : Behbud ağa Şahtaxtinskinin siyasi və diplomatik fəaliyyəti
Monoqrafiyada XX əsrin əvvəllərində Azərbaycanın siyasi və diplomatiya tarixində böyük rol oynamış Behbud ağa Şahtaxtinskinin həyat və fəaliyyəti, ədəbi və publisistik irsi, ictimai-siyasi baxışları elmi obyektivliklə araşdırılaraq problemlər kontekstində öz əksini tapmışdır. Monoqrafiyada ilk dəfə olaraq Azərbaycanın əzəli torpaqlarının, ilk növbədə Naxçıvan diyarının bu gün də xalqımıza məxsus olmasında Behbud ağa Şahtaxtinskinin misilsiz xidmətləri konkret elmi faktlar və arxiv materialları əsasında tədqiq olunmuşdur.
İbrahimzadə Fizuli : Behbud Şahtaxtinski
Kitabda görkəmli diplomat Behbud Şahtaxtinskinin həyat və fəaliyyətində öyrənilmiş fakt və hadisələr araşdırılmış, qaçqın və köçkünlərin yerləşdirilməsində, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərinin formalaşdırılmasında və Naxçıvana muxtariyyət statusunun verilməsində və b. sahələrdə Behbud Şahtaxtinskinin fəaliyyəti təhlil edilmişdir.
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8