Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

   Yeniliklər


Yeni monoqrafiyanın təqdimatı
  AMEA Naxçıvan Bölməsində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidov, AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov və iqtisad elmləri doktoru Sabir Məmmədovun birgə hazırladıqları “Qədim Şərur” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Naxçıvan onomastik vahidləri əsasında nəşr olunmuş monoqrafiya Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Onomologiya problemləri (II cild)” adlı
  Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Onomologiya problemləri (II cild)” adlı monoqrafiyası dilçiliyin bu sahəsinə həsr olunmuş sanballı tədqiqat əsəridir. AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevin elmi redaktəsi, akademik İsmayıl Hacıyevin və AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin rəyləri ilə elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunan “Onomologiya problemləri” monoqrafiyasının II cildi yeddi bölmədən ibarətdir. Bu monoqrafiya bütün bölmələri əhatə edən və Azərbaycan dilçiliyi tarixində onomologiya elminin problemlərinə həsr olunmuş ilk əsərdir.